Qafqaz İnkişaf Bankının nizamnamə kapitalı 52 mln manata çatıb
"Qafqaz İnkişaf Bankı" ASC-nin 3 mln manatlıq səhmləri Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 1 min manat olan 40 mln adi sənədsiz adlı səhmin emissiyası ötən ilin dekabrında qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər üç əqd çərçivəsində (üç investor) satılıb. Anderrayter ""Chelsi Kapital" MMC-dir. Bu günə elan edilən emissiyanın 93%-i (37,2 mln manat) yerləşdirilib. Qanunvericiliyə əsasən, səhmlərin yarısı yerləşdirilərsə, emissiya baş tutmuş sayılır. Beləliklə, ödənilmiş nizamnamə fondu 52 mln manata çatıb.
Bankın səhmdarları bir hüquqi və 12 fiziki şəxsdir. Maraqlıdır ki, əvvəl səhmdar sayı 10 idi, 3 yeni səhmdarın gəlişi ilə əsas səhmdar və Müşahidə Şursının sədri Eldar İsmayılovun payı 57,3%-dən 45,9%-ə düşüb. --15B--
-
- İqtisadiyyat
- 18 Noyabr 2013 14:08
-
- İqtisadiyyat
- 18 Noyabr 2013 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz