Sentyabrda bankların aktiv və passivləri mütənasib artıb
Sentyabrda Azərbaycan banklarının məcmu aktivləri 481,56 mln manat və ya 2,5% artaraq 19400,46 mln manat olub. İlin əvvəlindən bank aktivləri 17,4%, illik müddətdə 26,7% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 oktyabr üçün banklarda nağd vəsait 807,1 mln manat, müxbir hesablarında vəsait 976,4 mln manat, maliyyə sektorunun kreditləşməsi 795,5 mln manat, müştəri kreditləşməsi 13546,2 mln manat, investisiya həcmi 1589,7 mln manat, başqa aktivlər 1685,6 mln manat olub.
Bank sisteminin öhdəlikləri hesabat ayında 398,59 mln manat və ya 2,5% artaraq 16246,99 mln manat olub. Bunun 8570,1 mln manatını depozitlər, 6507,9 mln manat maliyyə sektoruna verilən vəsaitlər və 1168,9 mln manatı başqa öhdəliklər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 812,9 mln manat və ya 34,7%, sentyabrda 83 mln manat və ya 2,7% artaraq 3153,5 mln manat mln manat olub. --15B--
-
- İqtisadiyyat
- 18 Noyabr 2013 14:20
-
- İqtisadiyyat
- 18 Noyabr 2013 15:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz