Qarabaşaq idxalı 8,3% artıb
2015-ci ildə Azərbaycana 3 min 96 ton qarabaşaq yarması idxal edilib. Bu, əvvəlki ildəkindən 8,3% çoxdur. İdxalın 95%-i Rusiyanın payına düşür.
Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə 1 kq qarabaşaq Azərbaycan gömrüyündə 38,15 $ sentdən bəyan edilib. Bu, 2014-cü ildəkindən 3,56$ sent çoxdur.
Beləliklə, manatın ABŞ dollarına orta məzənnəsi nəzərə alınmaqla 2015-ci ildə qarabaşağın orta pərakəndə qiyməti idxal qiymətindən 3 dəfə baha olub.
Ötən il 1 kq qarabaşaq pərakəndə satışda 1,49-dan 1,85 manata bahalanıb. Bu ilin yanvarında qarabaşaq 2 manat 1 qəpik olub. Bu, əvvəlki ildəkindən 35% bahadır.
Azərbaycana qarabaşaq idxalı ilə “Veysəloglu”, “Siren”, “Sun Food Service”, “Qafqaz Ticarət” “Bolluq ltd” şirkətləri məşğul olur.
Hazırda Rusiya istehsalçıları 1 kq qarabaşaq yarmasını 38-49 rubldan (1$/72 rubl) təklif edir.
Aşağıda 2011-2014-cü illərdə Azərbaycana qarabaşaq idxalı barədə informasiya verilir.
|
2011 |
$1,045,952 |
2,077,447 |
|
2012 |
$1,426,773 |
3,842,833 |
|
2013 |
$1,555,362 |
3,131,326 |
|
2014 |
$988,930 |
2,858,073 |
08B
-
- Sual-cavab
- 10 Mart 2016 15:45
-
- Cəmiyyət
- 10 Mart 2016 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz