Qarant Sığortanın hüquqi varisi sərnişinləri sığortalayır
Ötən il «Qarant Sığorta» fəaliyyətini dayandırandan sonra onun hüquqi varisi olan «PASHA Sigorta» sərnişinləri sığortalamağa başlayıb. Bu gündən o, İcbari Sığorta Bürosundan bunun üçün hüquq əldə edib.
İSB-nin məlumatına görə, əvvəllər «PASHA Sigorta» avtonəqliyyat və daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətini və daşınmaz əmlakın özünü sığortalayıb.
Buna qədər sərnişinlərin sığortası ilə «Qarant Sığorta»dan başqa «Ipek Yolu Sigorta» məşğul olub.
Nizamnamə kapitalı 50 mln manat olan «PASHA Sigorta» 2006-cı ildə yaradılıb. Təsisçisi «PASHA Holding»dir. Son 4 ildə mükafat və sığorta haqlar üzrə liderdir. --17D—
-
- İqtisadiyyat
- 7 Aprel 2016 14:36
-
- İqtisadiyyat
- 7 Aprel 2016 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz