Dünya Bankı icbari tibbi sığortada hökumətə kömək edəcək
Dünya Bankı icbari tibbi sığortada hökumətə kömək edəcək. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevin Dünya Bankının tibbi sığorta üzrə eksperti Tixomir Strizreplə görüşü bunu sübut edir.
Agentliyin məlumatına görə, tərəflər Azərbaycanda icbari tibbi sığorta modelinin qurulması istiqamətində fikir mübadiləsi aparıblar.
Dünya Bankının eksperti dövlət xəstəxanalarında görüşlər keçirəcək.
Qeyd edək ki, xorvat Tixomir Strizrep uzun illər bu ölkənin Sosial Tibbi Sığorta Fondunun rəhbəri vəzifəsində çalışıb. Hazırda Dünya Bankının eksperti kimi bir çox Avropa dövlətinə tibbi sığorta sistemini qurmaqda yardım edir. --17D—
-
- İqtisadiyyat
- 7 Aprel 2016 14:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz