Qazaxıstanın Azərbaycanda iştirakı məqbul səviyyədə deyil
2002-2013-cü illərdə Qazaxıstan Azərbaycan iqtisadiyyatına $5,2 mln sərmayə qoyub. 2011-2013-ci illərdə Azərbaycanın Qazaxıstana birbaşa investisiyaları $132,8 mln olub, deyə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Aktauda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qazaxıstan Respublikasının Manqistau vilayəti Akimliyinin təşkilatçılığı ilə biznes forumda bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında 100-dən çox sənəd, o cümlədən iqtisadi sahədə 25 sənəd imzalanıb. Amma iqtisadiyyatların yaxınlaşması tempi yüksək deyil. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 371 mln ABŞ dollarına yaxın olub (yarıdan çoxu taxıl hesabına).
Forumda qida sənayesi, kənd təsərrüfatı, sənaye, tikinti və başqa sahələri təmsil edən 100-dən çox şirkət iştirak edib.
Nazirin sözlərinə görə, 1 yanvar 2014-cü il üçün Azərbaycanda Qazaxıstan sərmayələri əsasında ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, xidmət, bank, sığorta, rabitə və tikinti sahələri üzrə aktiv 52 şirkət qeydiyyata alınıb. Qazaxıstanda isə sənaye, tikinti, kənd təsərrüfatı və ticarət sahələri üzrə Azərbaycan investisiyalı 723 şirkət qeydiyyatdan keçib.
“Azpromo” 2003-cü ildə qeyiyyata alınıb. 2005-ci ilin avqustundan ixracın təşviqi ilə məşğuldur. Əvvəllər məsləhət xidməti ilə məşğul olub. --17D—
-
- İqtisadiyyat
- 2 İyul 2014 13:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz