Qazlaşdırılan binalarda qəza sistemi quraşdırılacaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi AzDNN 2.13-1 «Qaz təchizatı. Layihələndirmə normaları» standartına dəyişiklik edib. Dəyişikliyə əsasən, qazlaşdırılan bütün təyinatlı binalarda qəza hallarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemlər nəzərdə tutulmalıdır. Bu binalarda yanğın əlaməti olanda xəbərdarlıq edən siqnal vericiləri quraşdırılmalıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, daxili qaz kəmərlərində qazın təzyiqi 0,0025 MPa-dan çox olduğu hallarda qaz işlədən avadanlıq qarşısında qazın optimal yanmasını təmin edən tənzimləyici-sabitləşdiricilər quraşdırılmalıdır. Yeni yaşayış binalarında alovun nəzarətsiz sönməsi baş verəcəyi halda, qazın verilməsini dayandıran təhlükəsizlik avtomatikası ilə təchiz olunmuş qaz cihazlarından istifadə edilməlidir
Bundan başqa, bütün mənzillərdə qazla çirklənməni göstərən cihazlar quraşdırılmalı, bunlar binanın qaz verilişini dayandıran elektromaqnit qapaqla əlaqələndirilməlidir. Bu işlər lisenziyalı təşkilat tərəfindən həyata keçirilməlidir. 08D
-
- Cəmiyyət
- 18 İyun 2015 13:37
-
- İqtisadiyyat
- 18 İyun 2015 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz