Taxılın mıəhsuldarlığı 28% artıb
Bu il Azərbaycanda taxılın mıəhsuldarlığının 2014-cü ildəkindən 20-25% çox olacağı proqnozlaşdırılır. Bunu məhsul yığımının gedişi və tarlaların vəziyyətinin monitorinqi də göstərir, deyə Kənd Təsərrüfatı Nazirliyi bitkişilik şöbəsinin rəisi İmran Cümşüdov Turan-a bildirib.
«İndiyədək 300 min hektardan məhsul yığılıb. Bu, buğda və arpa sahələrinin üçdə biridir. Hektardan orta məhsuldarlıq 27 sentnerdir», deyə KTN təmsilçisi qeyd edib. Onun sözlərinə görə, taxıl yığımında problem yoxdur, çünki kombaynların tarlaya çıxma cədvəli müəyyən edilib. Yığıma cənub rayonlarından başlanılıb, mərhələlərlə şimala keçiləcək. Taxıl yığımında 2300 kombayndan istifadə olunur.
İlkin hesablamalara görə, bu il 2,4 mln ton taxıl yığılacaq. Müxtəlif rəylərə əsasən, ölkədə taxıla tələbat 3,8-4 mln tondur.
Gömrük Komitəsinin məlumatına görə, mayda Azərbaycana $10,3 mln məbləğində taxıl idxal edilib. Bu ilin beş ayında $184,5 mln məbləğində buğda idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 49,1% çoxdur. 08D
-
- İqtisadiyyat
- 18 İyun 2015 14:03
-
- İqtisadiyyat
- 18 İyun 2015 14:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz