BP-Azerbaijan yarım ilin hesabatını açıqlayıb. Ən vacib informasiya Chirag Oil Project (2010-2013) həyata kçeirilən və $6 mlrd-a başa gələn “Qərbi Çıraq” platformasında hasilatın başlamasıdır.
Hesabata əsasən, I yarımildə “Qərbi Çıraq” platformasında orta sutkalıq hasilat 25,9 min barrel olub. Bu azdır, yoxsa çox?
Hazırda “Qərbi Çıraq” platformasında 4 quyu istismar edilir. Demək, hər quyudan sutkada 6,4 min barrel hasil edilir. AÇG-nin başqa platformalarındakı quyularla müqayisə etsək, bu nəticələrə gələrik:
platforma | Platforma istismara verilib | Quyunun orta məhsuldarlığı (sutkada barrel) |
Çıraq | 7 noyabr 1997 | 5061 |
Qərbi Çıraq | 28 yanvar 2014 | 6475 (12 500) |
Mərkəzi Azəri | 13 fevral 2005 | 9311 |
Qərbi Azəri | 30 dekabr 2005 | 9172 |
Şərqi Azəri | 21 oktyabr 2006 | 6400 |
Dərinsulu Günəşli | 4 aprel 2008 | 9900 |
Cədvəldən göründüyü kimi, “Qərbi Çıraq” platformasında məhsuldarlıq “Çıraq”dakından yüksək, “Şərqi Azəri” ilə eyni olub. Amma hazırda paltformada hasilat sutkada 50 min barreldir. Ona görə sutkada orta məhsuldarlıq 12,5 min barreldir. Bunlar kontrakt sahəsində ən məhsuldar quyulardır.
ВР-nin məlumatına əsasən, gələcəkdə “Qərbi Çıraq” platformasından hasilatı sutkada 160-170 min barrelə çatdırmaq planlaşdırılır. Bu, Azərbaycan üçün əhəmiyyətlidir. Çünki 3-4 ildən sAÇG-nin digər platformalarında hasilat kəskin düşəcək. Ona görə hasilatı qorumaq üçün “Qərbi Çıraq” platformasının imkanları əvəzedilməzdir. Ordan “Günəşli” və “Çıraq”ın arasındakı məhsuldar laylara çatmaq mümkündür. —12А—
Rəy yaz