"Qərbi Çıraq"da hasilat 2013-cü ilin dekabrından tez başlamayacaq
Chirag Oil Project layihəsi çərçivəsində “Azəri-Çıraq-Günəşli” yatağında "Qərbi Çıraq" platformasından hasilat 2013-cü ilin dekabrından tez başlamayacaq
Bu barədə Turan-a ARDNŞ-dən bildiriblər. Cədvələ əsasən, BP-Azerbaijan şirkəti "Qərbi Çıraq" platformasından ilk nefti 2013-cü ilin I rübündə çıxarmağı planlaşdırırdı. ARDNŞ təmsilçiləri ilə hasilata IV rübün əvvəlində başlanması barədə danışıqlar aparılır, müxtəlif variantlar müzakirə edilirdi. Layihənin icrası zamanı məlum oldu ki, ilk nefti ilin sonunda çıxarmaq mümkün olacaq.
"Ona görə bu il AÇG-də neft hasilatını artırmaq mümkün olmayacaq, əvvəlki nikbin proqnozlar oktyabrda "Qərbi Çıraq" platformasında hasilatın başlanmasına bağlı idi", - idi deyə Turan-ın müsahibi bildirib.
Hazırda AÇG-də orta sutkalıq neft hasilatı 665 min barreldir. Bu, bir il öncəkindən 40 min barrel azdır. --12В--
-
- Siyasət
- 1 May 2013 11:39
-
- İqtisadiyyat
- 1 May 2013 12:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz