Kimya məhsulları ixracında kəskin azalma
2013-cü ilin I rübündə Azərbaycan $15,963 mln məbləğində kimya məhsulları ixrac edib. Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə kimya məhsulları ixracı 57% azalıb.
Bu ilin yanvar-martında ümumi ixracatda kimya məhsullarının payı 0,25% olub.
2012-ci ildə Azərbaycan $174,584 mln məbləğində kimya məhsulları ixrac edib. 2011-ci illə müqayisədə kimya məhsulları ixracı 45,34% artıb. 2012-ci ildə ümumi ixracatda kimya məhsullarının payı 0,73% olub.
Dövlətstatkoma görə, 2013-cü ilin I rübündə Azərbaycanda 66,8 mln manatlıq kimya, əczaçılıq, rezin, plastmass məhsulları istehsal edilib. 2012-ci ilin eyni dövrü ilə müqayisədə 0,6% artım olub.
Yanvar-martda yod istehsalı 39% artaraq 61,3 ton, alüminium sulfat istehsalı 65,6% artaraq 18,9 min ton, izopropil spirti 4,9% artaraq 5,4 min ton olub.
Propilen istehsalında 26,5% - 6,6 min tonadək, polietilen istehsalında 12,2% - 22,4 min tonadək, lak-boya məhsulları istehsalında 13,6% - 732,3 tonadək azalma olub. --12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz