Azərbaycanda kiçik və orta biznesdə alternativ energetikanın kreditləşməsi başlayır
Beynəlxalq Maliyyə Korporasiyasının Direktorlar Şurası 20 mayda "Bank Respublika" üçün kiçik və orta biznesdə alternativ energetikanın stimullaşdırılması məqsədi ilə krediti təsdiq edəcək.
Bankdakı mənbə bildirir ki, layihənin qiyməti $15 mlndur. Bunun $14 mln-u BMk, $1 mln-u Canada Climate Change Program ayıracaq.
İndiyəcən Azərbaycanda BMK-nın belə krediti olmayıb. 2013-cü ildə ilk belə krediti Avropa Yenidənqurma və İnkişaf Bankı AccessBank üçün verib. AYİB-in bu bankın kapitalında payı var.
Beynəlxalq strukturlar müxtəlif kanallarla ölkədə alternativ energetikanın inkişafı üçün özəl sektoru cəlb etməyə çalışıb. Amma bu ideya çətin həyata keçir. Elektroenergetikada dövlətin inhisarçılığı güclüdür. Hələ də alternativ energetikanın istehsal etdiyi elektrik enerjisinin paylanması, nəqli məsələləri həllini tapmayıb. --0--
-
- İqtisadiyyat
- 1 May 2013 12:03
-
- Cəmiyyət
- 1 May 2013 12:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz