Qətər Azərbaycanda kənd təsərrüfatı layihəsi həyata keçirməkdə maraqlıdır
Qətər Əmirliyi Azərbaycanda kənd təsərrüfatı istehsalı və məhsulun tədarükünə investisiya qoymaqda maraqlıdır. Bu barədə mayın 11-də kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin müdiri Şeyx Abdul Əziz Bin Ali Al Taninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Taninin sözlərinə görə, Qətər Azərbaycanda heyvandarlıq, südçülük, tərəvəzçilik, ərzaq məhsullarının istehsalı və kənd təsərrüfatı emalı sahəsində layihə həyata keçirə bilər.
«Azərbaycan bu ildən qeyri-neft məhsulları istehsalına subsidiya ayırır, bir sıra qeyri-neft sektoru sahələrinə investisiyalar uzun müddətə vergi ödənişindən azad edilib», nazir Əsədov bildirib. 08В
-
- İqtisadiyyat
- 12 May 2016 13:48
-
- Mədəniyyət
- 12 May 2016 14:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz