Qeyri-neft ixracı 13,3% azalıb
Bu ilin 5 ayında Azərbaycandan $664 mln qiymətində qeyri-neft məhsulu ixrac edilib. Bu, bir il öncəkindən $101 mln və ya 13,3% azdır.
Gömrük Komitəsinin məlumatına görə, ilin əvvəlindən şəkər ixracı $89,8 mln olub Bu, ötən ilin eyni dövründəkindən $14,7 mln azdır. Azərbaycandan şəkər alanların biri İraqdır. Orda aktiv döyüş əməliyyatları gedir.
Xaricə qara metal tədarükü azalıb - $17,1 mln. Bu, ötən ilki həcmin 33%-dir. Alüminium ixracı ($32,9 mln) 10,8% azalıb.
Kimya məhsulları ixracı ($19,4 mln) 30% azalıb. İlin əvvəlindən $44,9 mln qiymətində plastmass ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 26,5% azdır. Pambıq lifi ixracı ($4,7 mln) iki dəfə azalıb.
Müsbət dinamika olan sahələr də var. Məsələn, meyvə və tərəvəz ixracı $69,7 mln (+28%), biti yağları $97,3 (+6,6%), spirtli və alkoqolsuz içkilər ixracı $14 mln (+11,8%) təşkil edib .
İlin əvvəlindən ixrac malları nomenklaturasına 1438 adda mal daxil olub. Bu, idxal mallarından 2,5 dəfə azdır. 08D
-
- İqtisadiyyat
- 18 İyun 2014 15:27
-
- İqtisadiyyat
- 18 İyun 2014 15:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz