Qeyri-neft sektorundan vergi mədaxili 12,8% artıb
Bu ilin 11 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 245 milyon 438,8 min manat təşkil edib. Bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur. Qeyri-neft sektorundan vergi mədaxili (12,8%) ümumi tempi keçir.
Vergilər Nazirliyinin məlumatına görə, qeyri-neft-qaz sektoru üzrə büdcəyə vergi mədaxilinin 54,5%-i (3,4 mlrd manat) daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 53,6% idi.
Bu məbləğin 37,9 faizi (2012-ci ildə 38,6%) mənfəət vergisinin, 24,7 faizi (23,7%) əlavə dəyər vergisinin, 12 faizi (13,1%) fiziki şəxslərin gəlir vergisinin payına düşür.
Azərbaycanda vergi ödəyiciləri əsassız vergi yoxlamalarından şikayətçidir. Bu zaman onlardan külli miqdarda rüşvət alınır. Vergi orqanlarının qanunsuz hərəkətləri barədə bu yaxınlarda Türkiyə mətbuatı da yazmışdı. Amma sahibkarlar bumnu açıq deməkdən çəkinir, çünki nəticələri ağır ola bilər. 08D
-
- İqtisadiyyat
- 13 Dekabr 2013 12:19
-
- Cəmiyyət
- 13 Dekabr 2013 13:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz