Qiymətli kağızlar bazarında 33% artım olub
Bakı/17.02.17/Turan: 2016-cı ilin yanvar-dekabr ayları ərzində qiymətli kağızlar bazarı 2015-ci il ilə müqayisədə 33% artaraq 14 mlrd 25 mln 825,065 min manat təşkil edib, deyə Maliyyə Bazarlarına Nəzarət Palatası bildirir.
İkin qiymətli kağızlar bazarı 4,5 dəfə artaraq 8,669 mlrd manata çatıb.
2016-cı ildə korporativ qiymətli kağızlar bazarının həcmi 39% artaraq 913 mln manat təşkil edib.
Korporativ istiqrazlarla əməliyyatlar 2,2 dəfə artaraq 7 mlrd 833 mln 912,045 min manata çatıb.
2016-cı ildə dövlət qiymətli kağızları bazarında əməliyyatların həcmi 40,2 dəfə artaraq 836 mln 158,06 min manat olub.
Törəmə qiymətli kağızlarla əməliyyatların həcmi 28% azalaraq 4 mlrd 440 mln 667,091 min manat təşkil edib. –71D-
-
- Siyasət
- 17 Fevral 2017 14:19
-
- İqtisadiyyat
- 17 Fevral 2017 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz