Azərbaycanın qiymətli kağızlar bazarı marja ticarətinin iki dəfə artmasına baxmayaraq, daralmaqda davam edir. 11 ayda QK bazarı törəmə kağızlar nəzərə alınmaqla 9,6 mlrd manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 15% azdır, deyə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bildirir.
İlin əvvəlindən korporativ QK bazarında 3 mlrd 466,2 mln manat məbləğində 4329 əqd (-26,9%) qeydiyyata alınıb. 3 688 əqd üzrə səhm dövriyyəsi 74% azalaraq 626,8 mln manat təşkil edib. Korporativ istiqrazların yerləşdirmə və alqı-satqı həcmi 3% azalıb.
Azərbaycanda özəl şirkətlərin kütləvi səhm yerləşdirməsi praktikası yoxdur. Fəaliyyət göstərən şirkətlərin yeni səhm buraxılışı üzrə ilkin yerləşdirmə əsasən QK sahiblərinin arasında həyata keçirilir. 11 ay ərzində dövlət QK bazarının həcmi 140,3 mln manat təşkil edir. Bu, ötən ilin eyni dövründə bazarın bu seqmentində qeydə alınan həcminin cəmi 3%-dir.
Törəmə QK üzrə əqdlərin analizi göstərir ki, manatın devalvasiyasından sonra investorların aktivliyi kəskin azalıb. Amma illik hesablamada bazarın həcmi (6 mlrd manat) 88% artıb. Bazarın bu seqmentində əqd bağlananda bir investor tərəfindən törəmə QK-ın həm alışı, həm satışı nəzərə alınır. Ona görə marja ticarətinin faktiki pul dövriyyəsi təxminən 3 mlrd manatdır. 08D
-
- Cəmiyyət
- 15 Dekabr 2015 12:54
-
- İqtisadiyyat
- 15 Dekabr 2015 14:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz