ADY-nin kredit reytinqi azaldılıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) uzunmüddətli reytinqi “mənfi” proqnozla "ВВ+"-dan "ВВ-"-dək azaldılıb. “Standard & Poor`s” kredit reytinqləri xidmətinin məlumatına görə, maliyyə davamlılığı reytinqinə gələcəkdə yenidən baxılacaq.
Məlumatda qeyd qeyd olunur ki, noyabrın sonunda ADY kreditlərin birinin ödənişi üzrə 3 günlük gecikməyə yol verib, bu da bəzi bürokratik prosedurlarla əlaqədar olub. Kredit üzrə ödənişin gecikməsi nəticəsində agentlik ADY ilə Azərbaycan hökuməti ilə əlaqəsinin qiymətləndirməsini “çox güclü”dən “güclü”yə dəyişib. Bununla əlaqədar, ADY-nin hökumət tərəfindən zamanında və dərhal yardımın təqdim olunması imkanının qiymətləndirilməsi “çox yüksək”dən “yüksək”ə qədər azaldılıb.
Məlumatda bildirilir ki, ADY-nin fəaliyyətinə hökumət nəzarəti sistemi yaxşılaşmasa reytinq iki pillə - “B” reytinqinə qədər azaldıl bilər.
ADY-nin reytinqinə 3 ay ərzində təkrar baxılacaq. --17D—
-
- İqtisadiyyat
- 15 Dekabr 2015 14:01
-
- İqtisadiyyat
- 15 Dekabr 2015 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz