Qubada korporativ idarəetmə üzrə regional konfrans keçiriləcək
17 may 2013-cü il tarixində Quba rayonunda “Heydər Əliyev Mərkəzi”ndə Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair regional video-konfrans keçiriləcək.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorunda Turan-a bildiriblər ki, video-konfransda QKDK-nın struktur bölmə rəhbərləri Quba rayonu daxil olmaqla Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından səhmdar cəmiyyətlərin rəhbərləri ilə menecment və səhmdarlar arasında qarşılıqlı əlaqə, səhmdarların hüquqlarının müdafiəsi, dövlətstrukturları və səhmdarların ümumi yığıncağı qarşısında hesabatlılıq mövzusunda müzakirələr aparacaqlar.
Bu cür konfranslar Gəncə, Lənkəran və Şəkidə də keçirilib, amma səmərəliliyi yüksək deyil. Korporativ idarəetmə və hesabatlılıq səviyyəsi hələ aşağıdır.
QKDK beynəlxalq təşkilatların iştirakı ilə yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və inzibati cəzaların sərtləşdirilməsi üzrə qanunvericilik aktları layihələri hazırlayıb. Amma son 4 ildə bu sənədlər parlamentə daxil olmayıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz