Quraqlıq üzündən taxılın məhsuldarlığı аzalıb
Azərbaycanda taxıl yığımı başa çatır. Bu il xüsusən dağətəyi rayonlarda hava şəraiti əlverilşli olmayıb və torpaqda rütubət çatmayıb.
Dövlətstatkoma görə, iyulun 7-ə kimi dənli və dənli paxlalıların 88,8%-i yığılıb. Cəmi 1 926,7 min ton taxıl, o cümlədən 1 239,2 min ton buğda yığılıb. Məhsuldarlıq 1 ha-da 23,7 sentner olub. Ötən il orta məhsuldarlıq 27,6 s idi.
Əkinçilik ETİ-nin direktoru Cavanşir Telai Turan-a deyib ki, məhsulun azalmasına səbəb dəmyə sahələrdə yağıntının olmamasıdır. Taxıl əkinlərinin 40%-i onların payına düşür. Bundan başqa, bir çox fermerlər növbəli əkin və qara herik qaydalarına əməl etmir. Aşağı keyfiyyətli toxumdan istifadə edilməsinin də öz təsiri var. Bu il 961 min ha sahədə taxıl əkilib. --08B—
-
- İqtisadiyyat
- 9 İyul 2014 16:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz