Quşçular qiymət ucuzlaşmasının əvəzində torpaq tələb edir
Quşçuluq məhsullarının ucuzlaşması üçün yem əlavələri, baytarlıq preparatları və vaksinlərə ƏDV ləğv edilməlidir. Sahənin davamlı inkişafı üçün yem bazasının artırılması məqsədilə əlavə torpaq sahələri ayrılmalıdır.
Sahibkarlar bu gün İqtisadiyyat Nazirliyində belə tələblər irəli sürüblər.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Turan-a bildirib ki, bu gün cəmi bir təsərrüfatın əkin sahələri var. Onun vasitəsilə müəyyən rentabellilik əldə edilir. «Dövlət torpaq sahələri ayırmaqla quşçuluq təsərrüfatına kömək edə bilər. Hesab edirəm ki, 3 min ha hər bir təsərrüfatın yem məhsulları ilə təminatı üçün yetərlidir», deyə Vəliyev qeyd edib.
Ötən həftə buğda idxalında ƏDV müvəqqəti ləğv edilib. Həmçinin inzibati yolla yumurtanın pərakəndə satış qiyməti 0,17 qəpikdən 0,15 qəpiyə endirilib. 08B
-
- İqtisadiyyat
- 18 Yanvar 2016 14:09
-
- Cəmiyyət
- 18 Yanvar 2016 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz