- İqtisadiyyat
- 5 Dekabr 2016, 12:35
- 175
«RabitaBank»ın əməkdaşları 32 nəfər azalıb
2016-cı ilin I yarısında «RabitaBank» əməkdaşlarının sayı 624-dən 592 (32 nəfər) nəfərə azalıb.
Turan-ın məlumatına görə, bank həmçinin Xırdalan filialını bağlayıb.
Üçüncü rübün sonunda bankın aktivləri 2015-ci ilin eyni dövrünə nisbətən 45,9% (160 mln 952 min manat) artaraq 510 mln 851 min manat olub.
Bankın öhdəlikləri 467 mln 322 min manat (179 mln 109 min manat – 62,1%) artıb.
2016-cı ilin yanvar-oktyabrında «RabitaBank»ın kapitalı 18 mln 157 min manat (29,4%) azalaraq 43 mln 529 min manat olub.
Bankın ziyanı 14 mln 187 min manat təşkil edib.
«RabitaBank» 1993-cü ildə yaranıb. Nizamnamə kapitalı 48 mln 500 min manatdır. Səhmdarları 12 hüquqi (0,30%) və 5 fiziki şəxsdir (99,70%). 71D
-
- Siyasət
- 5 Dekabr 2016 11:55
-
- İqtisadiyyat
- 5 Dekabr 2016 12:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz