«Rabitəbank» 2016-cı ili 12 mln. 873 min manat zərərlə başa vurub
“Rabitəbank” 2016-cı ili 12 mln. 873 min manat zərərlə başa vurub.
Turan məlumat verir ki, 2015-ci illə müqayisədə 2016-cı ildə bankın aktivləri 101 mln. 557 min manat və ya 22,5% artaraq 552 mln. 288 min manat təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri 30% və ya 116 mln. 998 min manat artaraq 506 mln. 677 min manat təşkil edib.
Sözügedən müddətdə müştərilərin möhlətli depozitləri 255 mln 474 min manatadək artıb (artım 31 mln. 736 min manat və ya 14,18%).
Bankın kapitalı 15 mln. 440 min manat və ya 25,28% azalaraq 45 mln. 612 min manat təşkil edib.
Bankın nizamnamə kapitalı 48 mln. 500 min manat təşkil edib. 71D
-
- İqtisadiyyat
- 3 Fevral 2017 14:25
-
- İqtisadiyyat
- 3 Fevral 2017 14:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz