Azərbaycana gələn turistlərin sayı 11,7% artıb
2016-cı ildə Azərbaycana 2 mln 242.783 nəfər xarici vətəndaş gəlib. Bu, 2015-ci il ilə müqayisədə 11.7 faiz çoxdur, deyə Mədəniyyət və Turizm Nazirliyi bildirir.
Ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının ümumi payı 80,3%-dir.
Nazirliyin məlumatına görə, ərəb ölkələrindən gələn turistlərin sayı xeyli artıb. Azərbaycana ötən il 2015-ci illə müqayisədə İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
Müstəqil ekspertlər bildirir ki, Gürcüstan və Rusiyadan gələn turistlər fakitiki olaraq etnik azərbaycanlılardır.
Gürcüstan mənbələrinin məlumatına görə, ötən il bu ölkəyə 6 mln 350 min nəfər xarici vətəndaş gəlib. Azərbaycan vətəndaşları hamıdan aktiv olub. 08D
-
- İqtisadiyyat
- 3 Fevral 2017 14:17
-
- İqtisadiyyat
- 3 Fevral 2017 14:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz