Regional sənaye məhəlləsinin tikintisi üzrə tenderin müddəti 3 həftə sonraya keçirilib
Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması çərçivəsində tikinti işlərinin aparılması üçün podratçı müəyyən edilməyib. Bu səbəbdən “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) tenderi rəsmən uzadıb.
Bundan əvvəl elan edilmişdi ki, təkliflərin qəbulu iyulun 6-da başa çatır, tender proseduru iyulun 7-də olacaq. Hazırda isə təkliflərin qəbul müddəti daha üç həftə uzadılıb, tender təklifləri isə iyulun 28-də açılacaq.
Xatırladaq ki, Neftçala sənaye məhəlləsinin yaradılması haqda sərəncamı bu il fevralın 2-də dövlət başçısı verib. Sənədə görə, bu ərazidə qeyri-neft sənaye məhsullarının istehsalı, emalı müəssisəsi fəaliyyət göstərəcək. Məqsəd kiçik və orta sahibkarlığın dəstəklənməsidir.--17D—
-
- Söz istəyirəm
- 6 İyul 2015 14:27
-
- Mədəniyyət
- 6 İyul 2015 15:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz