Regionlarda orta illik kredit dərəcəsi Bakıdan xeyli yüksəkdir
Ölkə üzrə alına kreditlərin 87,8%-i Bakının payına düşür.
Mərkəzi Bankın məlumatına görə, aprelin 1-i üçün paytaxtın məcmu kredit portfeli 1,7% artaraq 11 mlrd 369 mln 952,3 min manat olub. Bunun 7 mlrd 504 mln 120,9 mini manatla, qalan 3 mlrd 865 mln 831,4 min manat xarici valyuta ilə verilib. Paytaxt kreditlərində orta illik dərəcə 14,3% (manatla 14,2%, xarici valyuta ilə 14,4%).
Regionlarda bu rəqəm daha yüksəkdir. Abşeron iqtisadi rayonunun bankları 359 mln 626,3 min manat məbləğində 18,4%-lə kredit veriblər. Qalan regionlarda vəziyyət daha pisdir – Aranda 536 mln 384,3 min manat 20,5%-lə, Gəncə-Qazax regionunda 210 mln 535,1 min manat 21,8%-lə, Lənkəranda 166 mln 635,6 min manat 24%-lə verilib.
Bakıda vaxtı keçən kredit həcmi 1 aprel üçün 5,7% (646 mln 754,5 min manat) olub.
Uzunmüddətli kreditlər qısamüddətlilərdən daha populyardır – paytaxtda ona tələbat 8 mlrd 335 mln 569,4 min manat (ilin əvvəli ilə müqayisədə +7,3%) təşkil edib, qalan 3 mlrd 34 mln 382,9 min manat (-10,9%) qısamüddətli kreditlərdir. --17D—
-
- Cəmiyyət
- 17 May 2013 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz