"Rəvan Sığorta"nın baş mühasibi barəsində cinayət işi üzrə istintaq bitib
"Rəvan Sığorta"nın baş mühasibi barəsində istintaq bitib və cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına (http://genprosecutor.gov.az/?/az/news/view/619) görə, ASC-nin baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun, cəmiyyətin sığorta üzrə satış menecerləri tərəfindən ayrı-ayrı müştərilərdən toplanmış 1 milyon 106 min manat məbləğində sığorta haqlarının 881 min 194 manatını cəmiyyətin xəzinəsinə təhvil verməklə qalan 224 min 843 manat məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olduğundan N.Zeynalova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
“Rəvan Sığorta” sığorta bazarında 1998-ci ilin martından fəaliyyət göstərir və 19 növ üzrə sığorta xidməti edir. Əvvəllər şirkət Star Alliance adlanırdı. 2007-ci ildə təsisçisi dəyişib və “Rəvan Sığorta” “Nurgün” şirkətlər qrupuna daxil olub. --17D-
-
- İqtisadiyyat
- 13 Noyabr 2013 14:06
-
- İqtisadiyyat
- 13 Noyabr 2013 14:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz