Rusiya, İran və Azərbaycan dəmir yollarını birləşdirmək niyyətindədirlər
Rusiya, İran və Azərbaycan nəqliyyat infrastrukturunun, o cümlədən "Şimal-Cənub" dəhlizinin inkişafı üzrə tədbirlər görəcəklər. Bu barədə üç ölkə liderinin bu gün Bakıda imzalaması gözlənilən bəyannamə layihəsində deyilir.
"Tərəflər regional nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiyası üzrə iqtisadi cəhətdən səmərəli və ətraf mühit üçün təhlükəsiz nəqliyyat infrastrukturunun yaradılmasına yönəlmiş səyləri davam etdirmək niyyətindədirlər. Tərəflər beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi ilə yanaşı, mövcud sərnişin və mal daşınması imkanlarını yaxşılaşdırmaq məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı üçün səmərəli addımlar atmaq niyyətindədirlər, - deyə "RİA-Novosti bəyannamə layihəsindən sitat gətirir.
Həmçinin qeyd olunur ki, Moskva, Tehran və Bakı bundan sonra da "Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin həyata keçirilməsinə töhfə vermək" niyyətindədirlər.
Şimal-Cənub dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməlidir. Layihənin həyata keçirilməsi zamanı Azərbaycan, İran və Rusiya dəmir yolları birləşdiriləcək. Birinci mərhələdə Şimal-Cənub dəhlizi ilə illik 5 mln. ton, gələcəkdə isə 10 milyon ton yük nəql etmək planlaşdırılır. -06D-
-
- Siyasət
- 8 Avqust 2016 17:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz