Rusiyadan 2255 ədəd yük vaqonu alınıb
Apreldən bu günə qədər Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası Azərbaycana 2255 müxtəlif yük vaqonu göndərib. Göndəriş bu ilin martında Rusiyada “Azərbaycan Dəmir Yolları” QSC ilə imzalanmış müqavilə əsasında həyata keçirilib.
Müqaviləyə görə, Azərbaycana 2900 müxtəlif təyinatlı yük vaqonunun göndərilməsi nəzərdə tutulub.
ADY mətbuat xidmətinin məlumatına görə, dekabrın əvvəlində 301 qapalı vaqon, 200 iritonnajlı konteyner daşıyan platforma, 1000 yarımvaqon və 450 sistern sərhəddi keçib.
Müqaviləni maliyyələşdirən mənbə açıqlanmır.
Bu ilin 10 ayında ADY QSC-nin yük qatarları ilə 142, 2 mln. ton yük daşınıb ki, bu da 2014-cü ilin həmin dövründə olduğundan 21,2% azdır.08D
-
- İqtisadiyyat
- 4 Dekabr 2015 19:10
-
- Siyasət
- 5 Dekabr 2015 11:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz