russneft.ru
“Russneft” 2017-ci ildə özünün Azərbaycandakı aktivlərinə 15 mlrd kubmetr qaz tədarük etməyi planlaşdırır, deyə şirkət məlumat yayıb.
Şirkət bildirir ki, 2015-ci ildə 15 mlrd kubmetr ehtiyatı olan yataq kəşf edilib. Bu lay 2017-ci ildə dərin quyu qazılandan sonra ehtiyatav çevriləcək.
“Qiymətləndirmə quyusunun tikintisinin nəticələrinə əsasən, ehtiyatlar balansa tədarük ediləcək. İlkin qiymətləndirməyə əsasən, ehtiyat 15 mlrd kubmetr ola bilər”, - deyə “Russneft” bildirir.
2016-cı ildə şirkət SOCAR-la qazın 1000 kubmetrini $80-a satmaq barədə razılığa gəlib.
Amma yeni layların harda kəşf edildiyi açıqlanmır.
Turan neft dairələrindən öyrənib ki, söhbət “Zığ” və “Hövsan” yataqlarından gedir.
2014-cü ildə “Russneft” Global Energy Azerbaijan (GEA) Holdings Limiteddə 100% pay alıb. GEA öz törəmə şirkətləri və birgə müəssisələri vasitəsilə PSA sazişlər əsasında SOCAR-la layihələrdə iştirak edir.
“Russneft”in Azərbaycandakı aktivləri Abşeron (quru), Binəqədi, Qarasu, Neftçala və Şirvan bloklarını əhatə edir. “Russneft” Kura Valley Development Company-də (“Padar” yatağını işləyir) payını 20%-ə endirib.
Azərbaycan aktivlərinin ehtiyatı 10 mln ton neft (1P), 11,2 mln ton neft (2P) və 12,5 mln ton neftdir (3P). 2015-ci ildə “Russneft”in payı da daxil neft hasilatı 535 min ton olub.
* “Russneft”in nizamnamə kapitalının 75%-i Belyrian Holdings Limitedə və onun törəmələrinə daxildir. 25% isə İsveçrənin Glencore şirkəti və törəmələrinə məxsusdur.—12B—
Rəy yaz