Neftin qiymətinin artmasına baxmayaraq nəyə görə oktyabrda Neft Fondunun AÇG-dən gələn gəlirləri azalıb?
2016-cı ilin yanvar-oktyabr aylarının yekunlarına görə Azərbaycan Rüspublikası Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində gəlirləri 4 mlrd 21 mln dollar təşkil edib. Bu barədə Turana Neft Fondundan məlumat verilib.
Oktyabr ayında Azərbaycanın mənfəət nefti cəmi 359 mln dollar təşkil edib. Özü də belə mənfəəti xammalın orta ixrac qiyməti 51,35 dollar olanda götürüb. Baxmayaraq ki, iyul və avqust aylarında qiymət 47 dollar olanda müvafiq olaraq 465 mln və 564 mln dollar əldə edib. Ancaq oktyabrda Neft Fondunun hesabına əsasən sentyabrda satılan neft gəlir. Həmin ayda 12 günlüyə “Dərin sulu Günəşli” hasilat platforması dayandırılmışdı. Ona görə də neftin qiymətinin artmasına baxmayaraq ARDNF-nun AÇG çərçivəsində mənfəətinin azalması obyektiv səbəblərə görə baş verib.
Ümumilikdə isə 2001-ci ilin iyununda fəaliyyətə başlayandan ARDNF-ə “əsrin müqaviləsi” çərçivəsində 121 mlrd 30 mln vəsait daxil olub.
Neft Fondunun 2016-cı ildə AÇG-dən aylıq mənfəət cədvəli
|
|
Dövlətin AÇG-dən mənfəəti (mln dollarla) |
BTC FOB Ceyhan-ın orta qiyməti ( $/barrel)
|
|
Yanvar |
442 |
32,33 |
|
Fevral |
348 |
33,43 |
|
Mart |
347 |
39,80 |
|
Aprel |
356 |
43,02 |
|
May |
308 |
48,11 |
|
İyun |
504 |
49,41 |
|
İyul |
465 |
46,95 |
|
Avqust |
564 |
47,40 |
|
Sentyabr |
328 |
47,30 |
|
Oktyabr |
359 |
51,35 |
|
Cəmi |
3,662 |
43.91 |
--12А--
Rəy yaz