RYTN Məlumat Hesablama Mərkəzi tərəfdaş bankların sayını artırır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində tərəfdaş bankların sayını artırır. Artıq mərkəz “AGBank”, “Rabitəbank” və Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlığa başlayıb.
RYTN-in məlumatına görə, mərkəzin bu sahədə əməkdaşlıq etdiyi bankların sayı 9-a çatıb. Əvvəllər Mərkəz vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində "Bank of Baku", "Unibank", "AccessBank”, “Muğanbank”, “Bank Respublika” və “Bank BTB” ilə əməkdaşlıq qurub.
Ötən ilin sentyabr-dekabr aylarında banklar 275,937 min dəfə bu xidmətdən istifadə ediblər.
Xatırladaq ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlara dövlət və özəl təşkilatlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədilə yaradılıb. Vətəndaşlar bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanı əldə edirlər.
Bu xidmət vətəndaşlara 7 dövlət qurumundan elektron qaydada arayış almağa imkan verir. Gələcəkdə vətəndaşa aid fərdi məlumat üzrə elektron arayışlar verən dövlət qurumlarının sayının artırılması planlaşdırılır. --17D—
-
- İqtisadiyyat
- 14 Yanvar 2015 14:10
-
- İqtisadiyyat
- 14 Yanvar 2015 14:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz