Sabah ARDNŞ və HRADF Yunanıstanın qaz paylayıcı şirkətinin səhmlərinin 66%-nin əldə edilməsi barədə saziş imzalayacaq
ARDNŞ dekabrın 17-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) ilə DESFA qaz paylayıcı şirkətinin səhmlərinin 66%-nin əldə edilməsi barədə saziş imzalayacaq.
Sənəd Yunanıstanın baş naziri Antonis Samarasın başçılığı ilə hökumət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq.
Yunanıstanın nümayəndə heyətinin tərkibinə energetika naziri, həmçinin HRADF prezidenti də daxildir.
Qeyd edək ki, HRADF 31 iyulda ARDNŞ-nin DESFA qaz paylayıcı şirkətinin səhmlərinin 66%-i alması üzrə əqdi təsdiq edib.
ARDNŞ Yunanıstan hökumtəindən 31%, Hellenic Petroleum SA şirkətindən 35% səhm alacaq.
DESFA-da nəzarətin ARDNŞ-yə keçməsinə qədər səhm paketinə HRADF nəzarət edir.
Xatırladaq ki, 17 dekabrda Bakıda “Şahdəniz”in “Mərhələ 2” layihəsinin təsdiqi mərasimi keçiriləcək, həmçinin ТАР qaz kəmərinin maliyyələşməsi sənədi imzalanacaq.
Bu tədbirdə İtaliya, Albaniya, Yunanıstan, Bolqarıstan, Böyük Britaniyadan hökumət nümayəndələri, Aİ-nin enerji üzrə avrokomissarı Ettinger Bakıya gələcək. –12В--
-
- İqtisadiyyat
- 16 Dekabr 2013 12:00
-
- İqtisadiyyat
- 16 Dekabr 2013 12:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz