ARDNŞ və ВР TANAP üzrə yekun saziş imzalayacaq
Dekabrın 16-da ARDNŞ ilə British Petroleum (BP) şirkəti Transanadolu qaz kəməri layihəsi (TANAP) çərçivəsində alqı-satqı müqaviləsi imzalaycaq. Bu barədə Turan müxbirinə ВР Turkey şirkətindəki mənbə bildirib.
Bu sənəd imzalanandan sonra BP TANAP Co şirkətinin tam hüquqlu səhmdarı olacaq.
Agentliyin müsahibi bildirib ki, Britaniya şirkətini TANAP-də 12% paya malik BP TANAP LTD təmsil edəcək.
ВР Turkey təmsilçisi Turan-a bildirib ki, buna qədər ВР-nin TANAP layihəsinə daxil olması Türkiyə tərəfi ilə razılaşdırılıb və 13 dekabrda Türkiyənin Energetika Nazirliyi, ARDNŞ və ВР şirkəti arasında üçtərəfli saziş imzalanıb.
Bu gündən TANAP-da iştirak payı belə bölünüb: ARDNŞ – 68%, BOTAS - 20% və ВР -12%.—12В--
-
- İqtisadiyyat
- 16 Dekabr 2013 11:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz