Sement istehsalı 5,5% artıb
Bu ilin 11 ayında Azərbaycanda 1913,8 min ton sement istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 5,5% çoxdur, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Bu il klinkerlə işləyən iki sement zavodu işə düşüb.
Ölkənin üç iri sement zavodunun gücü 4,7 mln tondur. Bu ilin iyulunda «Akkord» korporasiyasının Qazağın Daş Salahlı kəndindəki (ildə 1 mln ton) zavodu və “Norm” MMC-nin Qızıldaşdakı zavodu (2 mln ton) istifadəyə verilib. Ötən il “Holcim (Azerbaycan)” ASC-nin yenidənqurması başa çatdırılıb və gücü 1,3 mln-dan 1,7 mln tona çatdırılıb. Bunların ardınca Abşerondakı “Azbentonit” MMC-nin zavodu gəlir.
Gömrük Komitəsinin məlumatına görə, hələ sement idxalı yüksəkdir. Bu ilin 9 ayında sement idxalı qiymət ifadəsində $116,2 mln olub. Bu, ötən ilin eyni dövründəkindən 36,1% çoxdur. DGK 2012-ci ildə 1,1 mln ton klinker və 1 060 ton portland və hidravlik sement idxalı barədə məlumat verir. Bu həcmdə klinker idxalı Azərbaycanda sement bazarında qaranlıq məqamların böyük olduğunu göstərir. 08B
-
- İqtisadiyyat
- 16 Dekabr 2013 11:35
-
- İqtisadiyyat
- 16 Dekabr 2013 12:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz