Bu ilin 11 ayında Azərbaycanın ümumi daxili məhsulu 52 072 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 5,7% çoxdur. Neft sektorunun ÜDM-də payı (29,2 mlrd manat) 56%-dir, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Qeyri-neft ÜDM bu dövrdə 9,5%, neft ÜDM-i (22,8 mlrd manat) 1,3% artım olub.
İstehsal sahələrinin (sənaye, kənd təsərrüfatı və tikinti) ÜDM strukturunda xüsusi çəkisi bu dövrdə 63,5%, xidmət sahəsinin (ticarət, nəqliyyat, rabitə, ictimai iaşə, turistlərin yerləşdirilməsi, sosial xidmətlər) payı 36,5% olub. Hasilat sənayesinin ÜDM formalaşmasında birbaşa iştirakı 40% təşkil edib.
Adambaşına ÜDM istehsalı 4,3% artaraq 5604,2 manat və ya $7142,8 olub.
Maraqlıdır ki, sosial və başqa xidmətlərin ÜDM formalaşmasında xüsuis çəkisi 13,9% (7241,5 mlrd manat) qiymətləndirilir. Amma DSK-nın məruzəsində bu xidmətlərin xarakter və strukturu barədə məlumat verilmir. Bu xidmətlərə pullu təhsil, səhiyyə və s. aid edilə bilər. Amma iqtisadçı Natiq Cəfərli hesab edir ki, onların payı belə yüksək ola bilməz. 08B
-
- İqtisadiyyat
- 16 Dekabr 2013 11:21
-
- İqtisadiyyat
- 16 Dekabr 2013 11:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz