Sabah sığortaçıların növbəti attestasiyası olacaq
Maliyyə Nazirliyi noyabrın 17 və 20-də sığorta şirkətlərində rəhbər vəzifələrə namizəd şəxslər və sığorta agenti lisenziyası almaq istəyən fiziki şəxslər üçün imtahan keçirəcək.
Maliyyə Nazirliyinin məlumatında deyilir ki, iddiaçılar 16 noyabr saat 17-yə kimi iştiraklarını təsdiq etməlidirlər.
Arayış üçün bu elektron poçta müraciət etmək lazımdır: a.alizade@maliyye.gov.az.
Sığortaçıların attestasiyası 2009-cu ilin əvvəlindən sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Qaydalara əsasən, sualların 70 faiz və daha çoxuna doğru cavab verənlər attestasiyadan keçir.
Sığortaçıların fəaliyyəti “Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2 maddəsi ilə lisenziyalaşdırılıb.
15 mart 2009-cu ildən sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün attestasiya icbaridir. --17D—
-
- Cəmiyyət
- 16 Noyabr 2012 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz