- İqtisadiyyat
- 8 İyul 2013, 15:56
- 179
Sahibkarlar güzəştli kreditlərin 73,2%-dən istifadə edib
Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz və ətraf rayonlarda işləyən sahibkarlara güzəştli kreditlər verib.
Fonddan verilən məlumata görə, müvəkkil kredit təşkilatları vasitəsilə 54 sahibkarlıq subyektinə 1 mln manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yeri yaradılacaq.
Bu ilin əvvəlindən 2150 investisiya layihəsinin maliyyələşməsinə 183 mln manat ayrılıb. Quba-Xaçmaz iqtisadi rayonunda cəmi 109,8 mln manatlıq 1319 layihə həyata keçirilib.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-ci ildə Fond 2400 layihəyə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 250 mln manata çatacaq. Beləliklə, Fond 2013-cü ilin büdcəsinin 73,2%-i mənimsəyib. --15D--
-
- İqtisadiyyat
- 8 İyul 2013 15:35
-
- İqtisadiyyat
- 8 İyul 2013 16:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz