Şahmar Mövsümov VTB-nin Müşahidə Şurasında qalıb
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov yenidən VTB-nin müşahidə Şurasına üzv seçilib.
Mövsümov 28 iyun 2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
Bankdan verilən məlumata görə, səsvermə nəticəsində Ş.Mövsümov 13,3 trilyon səs toplayıb (səhm sayı üzrə). Bankın Müşahidə Şurasının hazırkı tərkibinə seçilən RF iqtisadi inkişaf naziri Aleksey Ulyukayev 9,1 trilyon səs toplayıb. Heç kəs Ş.Mövsümovdan çox səs toplamayıb. Bu isə ARDNF-nin bankda payının çox olduğunu göstərir.
1 yanvar 2015-ci il üçün Fondun RF iqtisadiyyatına investisiyaları $568,2 mln olub. Bu, investisiya portfelinin 1,5%-dir. ARDNF VTB-də 2,95%-lik səhm paketinə malikdir.
«Bank VTB» Azərbaycanda törəmə strukturu olan BANK VTB (Azərbaycan) ilə təmsil olunub. --17D—
-
- İqtisadiyyat
- 1 İyul 2015 16:16
-
- Cəmiyyət
- 1 İyul 2015 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz