Samir Şərifov: su və elektrik enerjisi paylayanlara maliyyə azadlığı vermək olmaz
Azərbaycan hökuməti su və elektrik enerjisi tariflərinin sosial səmərəsizliyini etiraf edib..
Maliyyə naziri Samir Şərifov 2016-cı il və qarşıdakı 3 ilin büdcəsi müzakirə edilən zaman bildirib ki, dövlət strukturları dövlət büdcəsindən ayrılan vəsaitlərin qaytarılmasını təmin edə bilmirlər. Ona görə «Nazirlər Kabineti gələn il vəsaitlərin qayıtması üçün daha ciddi tədbirlər görəcək».
«Bir çox dövlət strukturları dövlət büdcəsindən vəsait alır, amma onların bəzilərinə maliyyə azadlığı vermək olmaz. Su və elektrik enerjisi paylayanlara gəlincə, onların xidmət tarifini Tarif Şurası müəyyən edir. Yüksək tariflərin əhaliyə problem yaratmasını istəmirik, ona görə ehtiyatlı siyasət yürüdürük», - deyə o bildirib. --17D—
-
- Cəmiyyət
- 7 Oktyabr 2015 15:42
-
- Söz istəyirəm
- 7 Oktyabr 2015 17:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz