Saxlanılan şəxsdən 6 kq qızıl müsadirə edilib
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postundan İrana piyada gedən Azərbaycan Respublikası vətəndaşına fərdi baxış zamanı üzərindən 3 ədəd 585 əyarlı, ümumi çəkisi 6 kiloqram 331,20 qram olan külçə qızıl aşkar edilərək götürülüb.
Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatına görə, yoxlama əməliyyat məlumatı əsasında həyata keçirilib.
Külçə qızıl müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin ciblərinin içərisində gizlədilibmiş. Faktla bağlı araşdırma aparılır.
Hazırda Azərbaycanda qızıl məmulatına tələbat azalıb. Ona görə qeyri-leqal yolla ölkədən qızıl çıxarılması halları artıb. 08D
-
- Cəmiyyət
- 11 İyul 2016 13:38
-
- İqtisadiyyat
- 11 İyul 2016 15:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz