Şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında fərman imzalanıb
2017-ci ildən emalçılara təhvil verilən şəkər çuğundurunun hər tonuna görə istehsalçılara 4 manat məbləğində subsidiya ödəniləcək.
Prezident İlham Əliyev aprelin 4-də şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında fərman imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin rəisi İmran Cümşüdovun sözlərinə görə, bu il şəkər çuğunduru üçün əkin sahələri iki dəfə artaraq 15 min hektara çatdırılacaq. 600-700 min ton məhsul yığılması gözlənilir. «Bu il və sonrakı illərdə İmişli Şəkər Zavodunu xammalla təmin etmək planlaşdırılır. Subsidiyalaşmanın yeni mexanizmi bu vəzifənin təmin edilməsinə yönəldilib», deyə o bildirib.
2016-cı ildə Azərbaycanda 7100 ha sahədə şəkər çuğunduru əkilib və 344 min ton məhsul yığılıb. Bir ton məhsul 60 manata alınır. Ötən il şəkər çuğunduru istehsalçıları dövlətdən 1 ha üçün 50 manat alıb. Bu ildən subsidiya məhsuldan asılı olacaq. 2016-cı ildə məhsuldarlıq 1 ha-dan 6 ton artaraq 44 ton olub. Hətta bu məhsuldarlıq səviyyəsində subsidiya 3,5 dəfə artacaq. 08B
-
- İqtisadiyyat
- 5 Aprel 2017 14:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz