AVSMMİS üzrə müqavilələr 10,2% azalıb
2017-ci ilin birinci rübündə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 215 572 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. Bunların 29 min 808-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir, deyə İcbari Sığorta Bürosu bildirir.
Ötən ilin eyni dövrü ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 10,2% azalma olub.
Hesabat dövründə sığorta şirkətlərinə daxil olan sığorta haqları 16 mln 849 min 376 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində 16,6% azalma olub.
Qeyd edək ki, 2016-cı il noyabrın 1-dən AVSMMİS üzrə müqavilələr elektron formada bağlanır.
13 sığorta şirkəti - «Atəşgah», «Standard İnsurance», «AtaSığorta», «Xalq Sığorta», «Paşa Sığorta», «AXA MBASK», «AzSığorta», Dövlət Kommersiya Sığorta Şirkəti, «Meqa Sığorta», «İpək Yolu», «Azərbaycan Sənaye Sığorta», «Qala Sığorta», «Günay Sığorta» AVSMMİS üzrə müqavilə bağlayır. 71D
-
- İqtisadiyyat
- 5 Aprel 2017 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz