Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqları 32,1% azalıb
2017-ci ilin birinci rübündə sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 19 min 452 sığorta müqaviləsi bağlayıb, deyə İcbari Sığorta Bürosu bildirir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 21,8% artım olub.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 5 684 385 manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 32,1% azdır.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 12 min 941-i yaşayış evləri və mənzillər, 124-ü inzibati binalar, 6 min 387-i isə digər daşınmaz əmlakla bağlı olub.
Hazırda 13 sığorta şirkəti - «Atəşgah», «Standard İnsurance», «AtaSığorta», «Xalq Sığorta», «Paşa Sığorta», «AXA MBASK», «AzSığorta», Dövlət Kommersiya Sığorta Şirkəti, «Meqa Sığorta», «İpək Yolu», «Azərbaycan Sənaye Sığorta», «Qala Sığorta», «Günay Sığorta» DƏİS üzrə müqavilə bağlayır. 71D
-
- İqtisadiyyat
- 5 Aprel 2017 14:18
-
- Cəmiyyət
- 5 Aprel 2017 15:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz