Sənaye istehsalı 0,6% azalıb
2016-cı ilin yanvar-mart aylarında Azərbaycanın sənaye müəssisələri 7 milyard manatlıq sənaye məhsulu istehsal edib. Bu, müqayisə edilən qiymətlərlə ötən ilin eyni dövründəkindən 0,6 faiz azdır, deyə Dövlətstatkom məlumat verir.
Real qiymətlərlə sənayedə 1,2 mlrd manat artım olub. Amma bu, devalvasiya ilə bağldıır. Nəticə sənaye müəssisələri buraxılış qiymətlərini artırıb.
DSK-nın məlumatına görə, sənaye istehsalının həcminin azalması neft hasilatının 1,5%, qaz hasilatının 7,9% və elektrik enerjisi istehsalının 6,7% azalması ilə bağlıdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,1 faiz artıb, neft sektorunda isə 1,3 faiz azalıb.
2016-cı ilin yanvar-mart aylarında Azərbaycanda sənaye istehsalında qeyri-neft-qaz sənayesinin xüsusi çəkisi 31,9%-ə qarşı (2015-ci ilin I rübü) 28,2% təşkil edib. 08D
-
- Cəmiyyət
- 19 Aprel 2016 14:16
-
- İqtisadiyyat
- 19 Aprel 2016 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz