Sənaye məhsulları istehsalı 0,9% artıb
2016-cı ilin yanvar-iyulunda Azərbaycanda sənaye məhsulları istehsalı 17,6 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 0,9% çoxdur, deyə Dövlətstatkom bildirir.
Neft sektorunda sənaye məhsulları istehsalı 0,7%, qeyri-neft sektorunda 2,6% artıb.
Sənaye məhsulları istehsalında hasilat sənayesinin payı 65,1%, artım 0,9% olub. Neft hasilatı 0,7% artıb, qaz hasilatı 8% azalıb.
Sənaye məhsulları istehsalında emal sənayesinin payı 28,6% olub. İlin əvvəlindən emal sənayesində 3,8% artım olub. Tütün məmulatlarının istehsalı 10,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,8 dəfə, geyim istehsalı 9,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 faiz, hazır metal məmulatlarının istehsalı 17,4 faiz və s artıb.
Bəzi sənaye məhsulları istehsalında azalma olub: içki istehsalı 12%, kimya malları 11,5%, rezin və plastmass məmulatlar 16,6%, tikinti materialları 21,3% və s azalıb.
Avqustun 10-da İsmayıllıda velosiped yığımı zavodunun açılışında prezident İlham Əliyev deyib ki, sənaye və kənd təsərrüfatı qarşıdakı illərdə iqtisadiyyatın şaxələndirilməsinin iki vacib istiqaməti olacaq. 08D
-
- İqtisadiyyat
- 12 Avqust 2016 14:11
-
- İqtisadiyyat
- 12 Avqust 2016 14:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz