Sənaye məhsulu 31,5% azalıb
2015-ci ilin yanvar-fevral aylarında sənayedə istehsal
olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,7 mlrd manat təşkil edib. Bu, cari qiymətlərlə ötən ilin eyni dövründəkindən 31,5% (1,7 mlrd manat) azdır.
Dövlətstatkomun məlumatına görə, hesabat dövründə sənaye istehsalınn həcmi sabit qiymətlərlə 2,3% artıb. Başqa sözlə, buraxılan sənaye mallarının həcmi nisbi qiymətlərlə artıb.
Sənaye məhsulunun 59,9 faizi mədənçıxarma (2014-cü ilin eyni dövründə 71,6%), 29,2 %-i (21,1%) emal sənayesinin payına düşüb.
Maraqlıdır ki, son illərdə ilk dəfə sənaye istehsalında özəl sektorun payı azalıb. 2015-ci ilin yanvar-fevral aylarında bu göstərici 72,8% olub. Halbuki 2014-cü ilin eyni dövründə sənaye istehsalında özəl sektorun payı 80% olub.
-
- İqtisadiyyat
- 17 Mart 2015 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz