DB nağdsız hesablaşmaların stimullaşdırılmasında Azərbaycana kömək edəcək
Vergilər Nazirliyi və Mərkəzi Bank Dünya Bankından nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı texniki yardım almaq istəyir. Vergilər Nazirliyinin məlumatına görə, mart ayının 12-də vergilər nazirinin birinci müavini Natiq Əmirov Dünya Bankının Azərbaycan üzrə ölkə iqtisadçısı cənab Konqyan Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Yerli strukturlar saziş layihəsi hazırlayıb.
Bu tədbirlər nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız əməliyyatların stimullaşdırılması sahəsində ölkələr üzrə beynəlxalq təcrübənin araşdırılması və icmal hesabatın hazırlanmasını, Azərbaycanda nağd və nağdsız əməliyyatlar sahəsində mövcud vəziyyətin və bu əməliyyatların büdcəyə təsirinin qiymətləndirilməsini, nağdsız əməliyyatların stimullaşdırılmasında vergi orqanlarının rolunun həm qanunvericilik, həm də inzibatçılıq baxımından müəyyənləşdirilməsini və s. nəzərdə tutur.
Tanın sözlərinə görə, ilkin mərhələdə yalnız nağdsız əməliyyatların stimullaşdırılması sahəsində texniki yardımın göstərilməsi məsələsi Dünya Bankı tərəfindən məqbul hesab edilib, bələdiyyələrlə bağlı texniki dəstəyin göstərilməsi məsələsinə gələcəkdə baxılması nəzərdə tutulub.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür və 51 layihə üçün $3,3 mlrd kredit alıb. Hazırda 17 layihə davam etdirilir. --17D—
-
- İqtisadiyyat
- 17 Mart 2015 12:21
-
- İqtisadiyyat
- 17 Mart 2015 12:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz