İnflyasiya illik hesablamada 2% olub
Fevralda istehlak bazarında mal və xidmət qiymətləri yanvara nisbətən 4% bahalanıb. İllik hesablamada yanvar-fevralda inflyasiya 2% olub, deyə Dövlətstatkom bildirir.
Hökumət mal və xidmət qiymətlərinin artımını etiraf etməsə də, manatın devalvasiyası istehlak bazarına ciddi təsir edib. Rəsmi statistika da bunu gizlətmir. DSK-ya görə, ərzaq fevralda 6,6%, illik hesablamada 2,5% bahalanıb. Fevralda çörək məhsulları və yarmalar 9,2%, yağ və piy 13,1%, meyvələr 5,4%, tərəvəz 6,4%, qənd və qənnadı məmulatları 5,7%, çay, kofe, kakao 8,8%, siqaret 44,5% bahalanıb.
Qeyri-ərzaq malları fevralda 3,1% bahalanıb. İllik hesablamada (2014-cü ilin yanvar-fevralı) qeyri-ərzaq mallarında 1,7% qiymət artımı olub. Ötən ay tikinti materialları yanvardakından 7,1% baha olub. Məişət malları (+33,5%), elektrik cihazları (+25,8%), optik cihazlar (+23,9%), kompüter, noutbuk və planeştlər (27,5%) xeyli bahalanıb.
Fevralda əhaliyə pullu xidmətlərdə 1,2% (illik hesablamada 1,4%) qiymət artımı olub. Hava nəqliyyatı (+21,9%) və dəniz nəqliyyatında (+37,3%) sərnişin daşınması qiymətləri daha çox artıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz