Sentyabrda gömrük yığımı 0,1% artıb
Bu ilin sentyabrında Azərbaycanın gömrük xidməti dövlət büdcəsinə 123 938,8 min manat mədaxil təmin edib. Bu, avqustdakından 148,3 min manat və ya 0,1% çoxdur. İlin əvvəlindən Dövlət Gömrük Komitəsi 1 011,7 mln manat toplayıb.
723,4 mln manat və ya bütün gömrük yığımının 71,5%-i ƏDV-in payına düşür. 2012-ci ilin yanvar-sentyabrı ilə müqayisədə rüsum, ƏDV və başqa gömrük ödənişləri 14,8% artıb.
Bu il gömrükçülər üçün plan 1,2 mlrd-dan 1 mlrd 380 mln manata artırılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılartı bildirir ki, gömrükdə korrupsiya hələ yüksəkdir. Yığılan vəsaitin bir hissəsi hakimiyyətin yüksək dairələrinə gedir. 08D
-
- Söz istəyirəm
- 3 Oktyabr 2013 17:25
-
- Siyasət
- 3 Oktyabr 2013 18:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz